Ev sahibinin qohumu 3 min manatlıq qızıl oğurladı


Kriminal 31 Okt 2019 20:10:00 287 0

Ev sahibinin qohumu 3 min manatlıq qızıl oğurladı

Mingəçevirdə ev sahibinin qohumu 3000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin yaxın qohumu olan yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.