Nümayəndəlik: Aİ Azərbaycanda islahatlar proqramını dəstəkləməkdə davam edir


Siyasət 31 Okt 2019 18:04:00 240 0

Nümayəndəlik: Aİ Azərbaycanda islahatlar proqramını dəstəkləməkdə davam edir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi KİV-lərdə yayılmış "Aİ səfiri Bakıda küçə iğtişaşları ssenarisi hazırlayır" məlumatını qəti şəkildə təkzib edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Aİ nümayəndəliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Aİ-nin vacib tərəfdaşı, "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı, eləcə də enerji sahəsində ittifaqın strateji tərəfdaşıdır:

"Biz tərəfdaşlığımızı irəlilətmək və əməkdaşlığımızı genişləndirmək üçün yeni hərtərəfli saziş vasitəsilə bütün sahələrdə, eləcə də insan hüquqları sahəsində birgə işləyirik".

Bildirilib ki, Aİ Azərbaycanda islahatlar proqramını dəstəkləməkdə davam edir:

"Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı və həm neft, həm də qeyri-neft sektorunda əsas investordur. Biz Azərbaycan iqtisadiyyatnın şaxələndirilməsi proqramını dəstəkləyirik. Aİ nümayəndə heyəti beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan cəmiyyətinin bütün təbəqələri ilə əlaqə saxlayır. Bu o deməkdir ki, biz dinləyirik, amma heç bir tərəf tutmuruq. Bütün dünyada diplomatik xidmətlərin etdiyi kimi, biz həm hökumət nümayəndələri ilə, həm müxalifətlə, həm də vətəndaş cəmiyyəti və digər qruplarla görüşürük".