ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində müsbət dinamikanın fəallaşmasına ümid edir


Siyasət 31 Okt 2019 17:55:00 291 0

ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində müsbət dinamikanın fəallaşmasına ümid edir

ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində müsbət dinamikanın fəallaşmasına ümid edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in baş katibi Tomas Qreminger Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

O bildirib ki, danışıqların dinamikası bir qədər yavaşlayıb:

"Amma ümid edirik ki, dekbarın 5-6-da Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü müsbət dinamikanı fəallaşdıracaq".

T.Qreminger məmnunluqla qeyd edib ki, tərəflər sakit və sabit vəziyyəti qorumaqda davam edir və bu da vacibdir, çünki söhbət təmas xəttindəki insanların - həm hərbçilərin, həm də dinc sakinlərin həyatından gedir.