Azərbaycanlı Belarusda beş nəfəri döydü


Kriminal 30 Okt 2019 18:09:00 320 0

Azərbaycanlı Belarusda beş nəfəri döydü

Azərbaycan vətəndaşı N. Belarusda xuliqanlıqda ittiham olunur. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Belarus Baş Prokurorluğunun məlumatına görə, kişi Moqilevdə cinayət törədərək Belarus ərazisini tərk edib.

Belə ki, 8 aprel 2018-ci ildə o, sərxoş halda yoldan keçən üç nəfəri və onu sakitləşdirməyə çalışan iki nəfəri döyüb. Üstəlik azərbaycanlı tək olmayıb - ona Ş. və L. adlı şəxslər də kömək edib.

Belarus Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı cinayət işi artıq Azərbaycan Baş Prokurorluğuna göndərilib. 

Prokurorluq Azərbaycandan xuliqanın cəzalandırılmasını tələb edib.