Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adlar verilib


Siyasət 29 Okt 2019 19:27:00 273 0

Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adlar verilib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilir:

"Xalq artisti"

Abdullayev Kyazım Ənvər oğlu

Nurzadə Əli Qayıb oğlu

"Əməkdar artist"

Abdullayev Mətləb Fətəli oğlu

Babayeva Əminə Ağahüseyn qızı

Bəxtiyarov Rəşad Bəhram oğlu

Qarayev Elnar Cəfər oğlu.