Azərbaycan Avronest PAnın Büro iclasında təmsil olunacaq


Siyasət 29 Okt 2019 16:47:00 304 0

Azərbaycan Avronest PAnın Büro iclasında təmsil olunacaq

Milli Məclisin deputatı Sahibə Qafarova Avronest PA-nın Büro iclasında iştirak etmək üçün oktyabrın 30-da Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gedəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, tədbirdə Avronest PA-nın fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

Deputatımız Büro iclasında müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.

Səfər oktyabrın 31-də başa çatacaq.