Yol qaydalarını pozan sürücü saxlanıldı Maşından oğurluq inəklər çıxdı


Kriminal 28 Okt 2019 21:50:00 253 0

Yol qaydalarını pozan sürücü saxlanıldı  Maşından oğurluq inəklər çıxdı

Oktyabrın 27-də saat 7 radələrində Yevlax-Ağdam yolunun 17-ci km-də Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Səlimov idarə etdiyi "Toyota" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürücü özünü şübhəli apardığından nəqliyyat vasitəsindəki 2 baş inəklə birgə Bərdə RPŞ-yə təhvil verilib.

Araşdırmalar zamanı E.Səlimovun inəkləri həmin gün Qobustan rayon sakini Ə.Rizvana məxsus fermadan oğurlaması da müəyyən edilib.