AQTAnın rüşvətdə təqsirləndirilən keçmiş əməkdaşlarına 18 il cəza istənildi


Kriminal 28 Okt 2019 18:59:00 307 0

AQTAnın rüşvətdə təqsirləndirilən keçmiş əməkdaşlarına 18 il cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Elvin Nağıyev və Araz Qazıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən şəxslərin hər birinin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən Araz Qazıyevin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 31-də davam edəcək.

İttihama görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat alıb.