Bakıda dava :


Kriminal 28 Okt 2019 13:08:00 389 0

Bakıda dava :

Bakıda yeniyetmə oğlan iki nəfəri bıçaqlayıb.

Son.az Trend-ə istinadən əbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Sabunçu rayonu, Sabunçu qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Qulu Ramik oğlu qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlunu ürəyindən bıçaqlayıb.

Q.Məmmədov, həmçinin qəsəbə sakini, 1995-ci il təvəllüdlü Abbaslı Nihat Ehtiram oğluna qarın boşluğundan bıçaqla xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.