Prezident İlham Əliyev "Qəbələ" elektrik yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub FOTO


Siyasət 28 Okt 2019 12:03:00 276 0

Prezident İlham Əliyev "Qəbələ" elektrik yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub  FOTO

Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq "Qəbələ" elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı "Qəbələ" elektrik yarımstansiyasını və eyni zamanda, 110/35/10 kilovoltluq "Ağdaş" elektrik yarımstansiyasını işə saldı.