Yaddan çıxmış sənətkarlar


Kriminal 26 Okt 2019 17:06:00 300 0

Yaddan çıxmış sənətkarlar

Onun üçün rolların böyük, kiçik, epizodik, yaxud müsbət və mənfi olmasının elə bir əhəmiyyəti yox idi. O, canlandırdığı obrazları mükəmməl və bitkin yaratmağa çalışırdı.  İstənilən rolun öhdəsindən məharətlə gəlib. Bu səbəbdən də onun səhnə obrazları həmişə yadda qalıb. Özünəməxsus səsi, danışıq tərzi tamaşaçıların yaddaşında silinməz izlər qoyub. Söhbət görkəmli aktrisa, Əməkdar artist Mirvari Novruzovadan gedir. Hələ tələbəlik illərindən, teatra, filmə marağı olan gənc Mirvari Novruzova canlandırdığı bütün obrazlara fərqlilik gətirməyi bacarıb. O, gözәl rolları ilә bәrabәr mәlahәtli sәsi ilә dә yaddaşlarda qalıb. Mirvari Novruzova bir çox filmlərin dublyajında yaxından iştirak etmiş, ayrı-ayrı aktrisalrın oynadığı onlarla rolu səsləndirmişdi.

Son.az bildirir ki, Modern.az "Yaddan çıxmış sənətkarlar" layihəsində Əməkdar artist Mirvari Novruzovanın həyat və yaradıcılığına toxunub.

Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. O, atasını 10 yaşındaykәn itirib. Atası rәhmәtә getdikdәn sonra evin mәişәt problemlәri Mirvari xanımın üzәrinә düşür. Aktrisa atasızlığın nә demәk olduğunu uşaq vaxtlarından yaşayıb.

Orta məktəbi bitirdikdən sonra teatra xüsusi sevgisi olan M.Novruzova Bakı Teatr Texnikumuna daxil olub. Texnikumda oxuduğu illərdə Azərbaycan Dövlət Dram Teatrında xarakaterik obrazlar canlandırıb.

1942-ci ildə təhsilini bitirən Mirvari Novruzova  Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərməyə davam edir. 1949-cu ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adını alıb.

İlk rolu "Eşq və intiqam" tamaşasında (S.S.Axundov) Qəmər obrazı olub. Eyni zamanda Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s. obrazlara həyat verib.

Mirvari xanımın ilk nikahı uğursuz olub. Aktrisa ikinci dəfə həyatını Xalq artisti Әli Zeynalovla birləşdirib. Elә Әli Zeynalovun da ilk nikahda bәxti gәtirmәmişdi. Onlar ailə quranda hər ikisinin əvvəlki nikahdan 2 övladı vardı.

Bir neçə ildən sonra bu nikahdan da övlad dünyaya gəlir. Və beləliklə, sənətçi cütlük 5 övlad böyütməli olur.

Mirvari Novruzova Әli Zeynalov cütlüyü 40 il birgә ömür sürüblər.

Aktrisanın xöşbәxt hәyatına hәyat yoldaşı Əli Zeynalovun infarkt keçirmәsi mane olur. Әli Zeynalov 75 yaşında dünyasını dәyişir. Mirvari xanım uzun müddәt ərinin ölümü ilә barışa bilmir.

Mirvari xanım 69 yaşında işlədiyi teatrdan tәqaüdә çıxarılır. Həyat yoldaşının ölümündәn sonra sәhnәdәn dә ayrılması Mirvari xanıma ağır tәsir edir. Lakin çox keçmir Amaliya Pәnahova aktrisanı Bakı Bәlәdiyyә Teatrında işә dәvәt edir.

Əməkdar artist 1994-cü ildә teatra işә gedәrkәn yolda ürәyi tutur, xәstәxanaya çatdırılsa da, Mirvari xanımı xilas etmək olmur, martın 20-dә aktrisa gözlərini əbədilik yumur. Mirvari Novruzova haqqında xatirələrini danışan Əməkdar artist Əhməd Salahov deyir ki, aktrisadan əvvəl onun həyat yoldaşı, görkəmli aktyor Əli Zeynalovla tanış olub. Müsahibimizin sözlərinə görə, aktrisanın evi həmişə qonaqlı-qaralı olub:

"Sən həmişə mənimləsən" filmində çəkiliş zamanı Əli müəllim dedi ki, "elə mənin həyat yoldaşım da sənin kimi bu sahədədir, aktrisadır". Sonralar bildim ki, söhbət Mirvari xanımdan gedir. Həyat elə gətirdi ki, Mirvari xanımla eyni teatrda- Bakı Bələdiyyə teatrında birgə işləməli olduq. Onu da deyim ki, biz onunla həm də qonşu idik, bəlkə də kollektivdə buna görə mənimlə çox yaxın idi. Hər dəfə işdən çıxanda evə bir yerə gəlirdik. Evlərində tez-tez qonaq olurdum. Mirvari xanımın çox yaxşı əl qabiliyyəti var idi. Xüsusilə plov, düşbərəni əla bişirərdi. Lakin onu da deyim ki, tək mən olmurdum onların evlərində. Kollektivin əksəriyyəti tez-tez Mirvari xanımın qonağı olurdu. Bəzən elə olurdu ki, evlərinin yanından ötürdük, bizi görən kimi tez süfrə hazırlayırdı, deyirdi ki, "cavan uşaqlarsınız gəlin, yemək yeməmiş buraxmaram".

Mirvari xanım bir müddət xəstə oldu, lakin biz heç vaxt onun narazı halını görmədik. Xəstəliyinə, yaşının çoxluğuna rəğmən səhnədən bezmək bilmirdi. Çox sakit qadın idi, bəlkə də buna görə dərdini, ağrısını heç zaman eşitmədik. Mənimlə yol gedəndə bəzən danışdırmaq istəyirdim ki, nə problemi, ağrısı var. Amma yol boyu deməzdi ki, dərdi nədir. Hər dəfə soruşanda da "Ay Əhməd, nə olacaq e, xəstə zad deyiləm mən. Yaşlı qadınam da, halsızam, əsas siz gənclər yaxşı olun" deyərdi. Onun sevdiyi söhbətlər ancaq və ancaq teatr, iş idi. Hansısa rolu müzakirə etmək, keçmişi xatırlamaq onun üçün zövq idi. Baxmayaraq ki, digər yaşlı aktrisalar məşqlər çox olanda narazı qalır, teatra gəlmirdilər. Mirvari Novruzova isə o yaşda bir məşqi belə ötürmürdü. Hətta deyərdim ki, gənclərdən də enerjili və teatra maraqlı idi".

Müsahibimiz deyir ki, Mirvari Novruzova daim gənclərə dəstək verirdi:

(adsgarden = window.adsgarden || []).push({});