XİN: Suriya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir


Siyasət 26 Okt 2019 15:39:00 271 0

XİN: Suriya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

Suriya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Suriyanın Xarici İşlər nazirinin müavini Faysal Mekdad Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Suriya münaqişənin sülh yolu ilə həllinin tapmasını dəstəkləyir:

"Terror dünya üçün böyük təhlükədir. Biz sərhəd tanımayan bu bəlanın qarşısını almalı, terrorizmə qarşı birgə mübarizə aparmalıyıq".