Qətərli nazir: "Qoşulmama Hərəkatının əsas qayəsi birgə səylərin nümayiş etdirilməsidir"


Siyasət 26 Okt 2019 10:44:00 298 0

Qətərli nazir: "Qoşulmama Hərəkatının əsas qayəsi birgə səylərin nümayiş etdirilməsidir"

"Dünyada baş verən bütün hadisələr müzakirələri zəruri edir. Qoşulmama Hərəkatının əsas qayəsi birgə səylərin nümayiş etdirilməsidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün debat müzakirələrində Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri Soltan bin Saad Al Muraikhi deyib.

Nazir qeyd edib ki, dünyada birtərəfli siyasətin aparılması öz mənfi təsirlərini göstərir:

"Beynəlxalq hüquq prinsiplərinin qorunmaması birtərəfliliyə gətirib çıxarıb. Birtəfərli qaydada qəbul edilən qərarlar tam əks nəticələr verir. Qətər regionda sülhün bərqərar olunmasının tərəfdarıdır".

Dövlət naziri, həmçinin bildirib ki, terrorçuluğu yaradan səbəblər aradan qaldırılmalıdır, terror aktlarını din ilə bağlamaq olmaz.

Qətər xarici işlər naziri vurğulayıb ki, ötən ay ölkəsi inkişafda zəif olan ölkələrdə iqlim dəyişikliyinə qarşı mübarizə üçün 100 milyon dollar ayırıb.