BMT Baş katibi: "Azərbaycanın sədrliyə başlaması ilə Qoşulmama Hərəkatının fəaliyyətində yeni mərhələ başlayır"


Siyasət 25 Okt 2019 12:51:00 311 0

BMT Baş katibi: "Azərbaycanın sədrliyə başlaması ilə Qoşulmama Hərəkatının fəaliyyətində yeni mərhələ başlayır"

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başlanması ilə bu təşkilatın fəaliyyətində yeni mərhələ başlayır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün iştirakçılarına müraciətində deyib.

A.Quterreş Azərbaycanı sədrliyi üzərinə götürdüyünə görə təbrik edib. O qeyd edib ki, Qoşulmama Hərəkatı BMT-nin fəaliyyətinə mühüm töhfələr verir.

Baş katib vurğulayıb ki, dünyaya elə şəbəkələr lazımdır ki, orada regional və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərə bilsinlər: "Sabitlik münaqişələrin qarşısının alınması üçün çox vacibdir. Bu gün resurslar uğrunda rəqabət də dünyada qeyri-sabitlik yaradır. Qoşulmama Hərəkatı kimi təşkilatlar lazımdır ki, sabitliyi təmin etmək mümkün olsun".