Venesuela Prezidenti: "Bizim üçün Bakıda bu Zirvə Görüşündə iştirak etmək şərəfdir"


Siyasət 25 Okt 2019 11:47:00 337 0

Venesuela Prezidenti: "Bizim üçün Bakıda bu Zirvə Görüşündə iştirak etmək şərəfdir"

"Bizə göstərilən dərin qonaqpərvərliyə görə Azərbaycan hökuməti və xalqına təşşəkkür edirəm. Bizim üçün Bakıda bu Zirvə Görüşündə iştirak etmək şərəfdir. Azərbaycanla bizim çox səmimi və mehriban münasibətlərimiz var. Bu ölkənin qonaqpərvərliyini və qonaqlara göstərdiyi nəzakəti alqışlayırıq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Venesuelanın Prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.

N.Maduro bildirib ki, Venezuela 3 ildir ki, bu hərəkata 3 ildir biz sədrlik edir: "Venezuela xalqı sülhsevər xalqdır. Biz istərdik ki, Qoşulmama Hərəkatına üzv dövlətlər arasında daha sıx həmrəylik olsun və bu həmrəylik daha da güclənsin. Biz görürük ki, bununla bağlı addımlar atılır. Bu fürsətdən istifadə edərək Azərbaycana arzumuzu bildirmək istərdik ki, bu həmrəyliyin daha qabarıq nümayiş etdirilməsi üçün çalışacaq. Biz bir-birimizlə daha tez-tez görüşməliyik. Bunun əsasında biz qarşımıza qoyduğumuz məqsədlərə daha tez nail ola bilərik".

N.Maduro vurğulayıb ki, üzv dövlətlərə qarşı məhdudlaşdırıcı tədbirlər görülür: "Biz tədbirlər görməliyik ki, bunun qarşısı alınsın. Biz görürük ki, Venezuelada da sülh pozulur, dövlət çevrilişinə cəhd edirlər. Bəzi çox qüvvəlıər var ki, xalqın iradəsini sual altına çəkməyə çalışır. İmperialist qüvvələr bizim xalqımıza qarşı işləyirlər. İmperialist dövlətlər bizim üzv dövlətlərə qarşı iqtisadi və digər sanksiyalar tətbiq edirlər. Qoşulmama Hərəkatına üzv dövlətlər bu cəhtlərin qarşısını almalıdır. Biz həmrəy olmalıyıq ki, bizim səsimiz diqqətdən kənarda qalmasın. İmperialist dövlətlər hər zaman çalışacaq ki, bizim dövlətlərə hücum etsinlər. Buna baxmayaraq ki, biz cəhd göstərəcəyik ki, öz rifahımızı əldən verməyək. Xarici müdaxilələrin qarşısını almalıyıq, biz birgə olaraq müqavimət göstərməliyik".