Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob Azərbaycana səfərə gəlib


Siyasət 24 Okt 2019 22:07:00 236 0

Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob Azərbaycana səfərə gəlib

Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident Haqe Qotfrid Qeynqobu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.