"Kadr islahatlarının struktur islahatları ilə paralel həyata keçirilməsi müsbət dəyişikliklərə səbəb olacaq"


Siyasət 24 Okt 2019 19:49:17 43 0

"Kadr islahatlarının struktur islahatları ilə paralel həyata keçirilməsi müsbət dəyişikliklərə səbəb olacaq"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin Prezident seçkilərindən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində geniş çıxış edərək, ötən dövrün geniş təhlilini verməklə yanaşı, gələcək prioritetlərdən də danışmışdı. Eyni zamanda, ölkə başçısı qarşıda duran vəzifələr və inqilabi islahatların anonsunu da vermişdi.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

O bildirib ki, dövlət başçısının andiçmə mərasimində çıxışı zamanı həm struktur, həm kadr, həm də daim yeniliyə, ümumiləşməyə, inkişafa xidmət edən islahatlarla bağlı anonsları ardıcıl olaraq həyata keçirilir: "İnkişaf özü davamlı proses olduğu üçün, inkişafın davamlılığını təmin etmək üçün islahatlar həyata keçirilməlidir. Biz ölkə başçısı tərəfindən həm daxili, həm xarici, həm iqtisadi, həm siyasi, həm sosial, həm hüquqi dövlət quruculuğu, həm də digər sahələrlə bağlı mütəmadi şəkildə islahatların şahidi oluruq. Bu islahatların mərhələli şəkildə həyata keçirilməsi və müsbət bəhrə verməsi çox sevindiricidir".

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin xalqla təmasda olarkən, müxtəlif formatlarda çıxışında verdiyi sözlərin ardıcıl icrası göstərir ki, ölkə başçısı planlı, düşünülmüş siyasət yürüdür.

R.Quliyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən hazırda həm kadr, həm də struktur islahatları ilə bağlı atılan addımlar idarəetmə sistemində aparılan yeniliyin növbəti mərhələsidir.

Həyata keçirilən islahatların yeniləşməyə, inkişafa xidmət etdiyini xüsusi vurğulayan siyasi ekspert bildirib ki, inqilabi dəyişikliklər cəmiyyətdə diskomfort yaratmır: "Əksinə, həyata keçirilən islahatlar, inqilabi dəyişikliklər cəmiyyət tərəfindən alqışlanır və dəstəklənir. Prezident İlham Əliyevin son günlər bu istiqamətdə atdığı addımlar struktur islahatlarının daha da modernləşməsinə, şəffaflığına, idarəçiliyin optimallaşmasına, çevikliyinə xidmət edir. Ölkəmizdə bu cür islahatlarla bağlı təcrübə var. Belə ki, bundan əvvəl də, bir-birini təkrarlayan idarəçilik mexanizmində uyğunsuzluq olan strukturların ləğvi və birləşdirilməsinin şahidi olmuşuq. Bütün bunlar əlbəttə ki, idarəetmənin optimallaşdırılmasına xidmət edir".

Mərkəz rəhbəri əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən son struktur islahatları da, sosial inkişafımızı şərtləndirən, iqtisadi islahatlar yönündə atılan çox ciddi, inqilabi addımlardır: "Mən əminəm ki, bu addımlar idarəçiliyin daha da optimallaşdırılmasına şərait yaradacaq. Kadr islahatlarının struktur islahatları ilə paralel şəkildə həyata keçirilməsi daha çox yenilik, çeviklik, müsbət dəyişikliklərə səbəb olacaq. Hazırda "Resurs" Analitik İnformasiya Mərkəzi tərəfindən müəyyən sosial qruplarda islahatların doğurduğu reaksiyaları müəyyən formada analiz etməyə çalışmışıq. Nəticələrə əsasən, deyə bilərik ki, aparılan islahatlar əhali tərəfindən yüksək qiymətləndirilir".

Cibutinin Prezidenti Azərbaycana səfərə gəlib like
  • 24 Okt 19:46  
Siyasət Cibutinin Prezidenti Azərbaycana səfərə gəlib

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh Qoşulmama Hərəkatı

arrow Ətraflı
Məmməd Yarməmmədovun “Vətən aşiqi” adlı fərdi sərgisi keçiriləcək like
  • 24 Okt 19:45  
Kriminal Məmməd Yarməmmədovun “Vətən aşiqi” adlı fərdi sərgisi keçiriləcək

Türkmənistanın tanınmış rəssamı Məmməd Yarməmmədovun "Vətən a

arrow Ətraflı
Tarkanın qohumu həbsxanadan qaçdı like
  • 24 Okt 19:44  
Dünya Tarkanın qohumu həbsxanadan qaçdı

Müğənni Tarkanın adam öldürməkdə və məkan yandırmaqda təqsirləndiri

arrow Ətraflı
Cibuti Prezidenti Azərbaycana səfərə gəlib like
  • 24 Okt 19:40  
Digərləri Cibuti Prezidenti Azərbaycana səfərə gəlib

İsmail Ömər Qelleh Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və h

arrow Ətraflı
“WhatsApp”da daha 4 yenilik like
  • 24 Okt 19:40  
Digərləri “WhatsApp”da daha 4 yenilik

"WhatsApp" sosial şəbəkəsi Android və IOS əməliyyat sisteminə

arrow Ətraflı
Sosial şəbəkələrdə fəallığın artırılması əsas çağırışlardandır like
  • 24 Okt 19:38  
Digərləri Sosial şəbəkələrdə fəallığın artırılması əsas çağırışlardandır

YAP Xətai rayon təşkilatında bu mövzu ilə bağlı tədbir keçirildi

arrow Ətraflı
Nicki Minaj keçmiş məhbusla evləndi like
  • 24 Okt 19:34  
Digərləri Nicki Minaj keçmiş məhbusla evləndi

Amerikalı məşhur müğənni Niki Minaj sosial mediadan evləndiyini elan edib

arrow Ətraflı
Ərdoğan: "Aİnin sonu yaxınlaşıb, çünki..." like
  • 24 Okt 19:32  
Dünya Ərdoğan: "Aİnin sonu yaxınlaşıb, çünki..."

Avropa İttifaqının (Aİ) sonu yaxındır və bunun səbəbi bəzi ölkələr

arrow Ətraflı
Dəhşətli qəzanın görüntüləri like
  • 24 Okt 19:26  
Dünya Dəhşətli qəzanın görüntüləri

Rusiyanın Sankt-Peterburq şəhərində baş verən dəhşətli qəzanın gör

arrow Ətraflı
Ərdoğan: Aİ-nin sonu yaxınlaşıb, çünki... like
  • 24 Okt 19:25  
Digərləri Ərdoğan: Aİ-nin sonu yaxınlaşıb, çünki...

Avropa İttifaqının (Aİ) sonu yaxındır və bunun səbəbi bəzi ölkələr

arrow Ətraflı
Azərbaycan bərpa olunan enerji mənbələrinin istifadəsini artıracaq like
  • 24 Okt 19:20  
Digərləri Azərbaycan bərpa olunan enerji mənbələrinin istifadəsini artıracaq

2030-cu ilədək Azərbaycan bərpa olunan enerji mənbələrinin istifadəsini

arrow Ətraflı
Azərbaycan Prezidenti İlham Əliyev Kubanın Prezidenti Migel Diaz-Kanel ilə görüşüb (FOTO) like
  • 24 Okt 19:16  
Digərləri Azərbaycan Prezidenti İlham Əliyev Kubanın Prezidenti Migel Diaz-Kanel ilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Kuba R

arrow Ətraflı
“Qobustan - tarixin daş yaddaşı” adlı tədbir keçirilib (FOTO/VİDEO) like
  • 24 Okt 19:15  
Digərləri “Qobustan - tarixin daş yaddaşı” adlı tədbir keçirilib (FOTO/VİDEO)

Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qobustan - tarixin daş yaddaşı” a

arrow Ətraflı
Azərbaycan Prezidenti İlham Əliyev Kubanın Prezidenti Migel DiazKanel ilə görüşüb  FOTO like
  • 24 Okt 19:15  
Siyasət Azərbaycan Prezidenti İlham Əliyev Kubanın Prezidenti Migel DiazKanel ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı