"Kadr islahatları ölkənin qarşısındakı məsələlərin səmərəli həll olunması çağırışlarının məntiqi və obyektiv nəticəsidir"


Siyasət 24 Okt 2019 18:21:00 57 0

"Kadr islahatları ölkənin qarşısındakı məsələlərin səmərəli həll olunması çağırışlarının məntiqi və obyektiv nəticəsidir"

Prezident İlham Əliyevin yeni kadr islahatları Azərbaycanın postneft dövründə daha dərin və sistemli xaraktet alan ümumi islahatların davamı və tərkib hissəsidir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının özü səmərəli idarəçiliyin və kadrların düşünülmüş şəkildə dəyişdirilməsinin nəticəsi olmaqla bərabər, həm də keyfiyyətcə yeni kadr islahatlarının aparılmasını bir tələb kimi qarşıya qoyur:

"Bu mənada Prezidentin ən yeni kadr islahatları və davam edən inkişaf meyilləri bir-birini tamamlayan əhəmiyyətli sosial təzahürdür. Kadr islahatları ölkənin qarşısındakı iqtisadi, sosial, hərbi, mədəni və humanitar məsələlərin daha səmərəli həll olunması çağırışlarının məntiqi və obyektiv nəticəsidir. Son kadr islahatları cəmiyyətdə daha fəal və həssas rezonans doğurmaqla ölkənin inkişafında yeni mərhələnin başlandığını xarakterizə etməyə imkan verir. Konkret desək, budəfəki islahatlar dalğası əhətə dairəsinə və daha dərin keyfiyyət yenilikləri doğurmaq gücünə görə fərqlənir. Kadr islahatlarında bir neçə metodik yenilik bu prosesə olan ictimai və beynəlxalq marağı daha da artırır. Bu, həm fəxri həyata göndərilən, həm də yeni təyinat alan kadrlara Prezidentin yanaşma üsullarında özünü göstərir. İslahatlarda metodik yenilik kadrlarla təyinatqabağı söhbətin cəmiyyət üçün açıq aparılması və hər kəsin qarşısında cavabdeh olduğu yeni sahənin vəzifələrini dəqiq müəyyən etməkdir. Prezidentin söhbətlərinin televiziya ilə nümayış etdirilməsi kadrların məsuliyyət hissini ikiqat artıran əhəmiyyətli motiv kimi diqqəti cəlb edir".

A.Quliyev bildirib ki, Prezident kimi, hara və nə üçün təyin etdiyi barədə cəmiyyətə çox aydın mesajlar vermək üsulunu tətbiq edir və bu, kadr islahatlarında Prezidentlə cəmiyyət arasında özünəməxsus anlaşma mühitinin yaranmasında çox vacib rol oynaya bilər: "Kadr islahatları dövlətçilik qarşısında xidmətləri olmuş şəxslərin zəhmətinin cəmiyyətin gözləri qarşısında qiymətləndirilməsi və gənclərə əlverişli karyera yüksəliş imkanları açmaq baxımından da əhəmiyyətlidir. Bir daha dövlət başçısı xidməti olanları dəyərləndirməkdə və gənclərə meydan açmaqda nə qədər ardıcıl və prinsipial olduğunu nümayiş etdirir".

Ekspertin sözlərinə görə, Prezidentin kadr islahatlarının yenilik kimi xarakterizə edilə biləcək daha bir xüsusiyyəti ilk dəfə kadr və struktur islahatlarının eyni anda və fasiləsiz olaraq həyata keçirilməsidir: "Kadr islahatlarının cəmiyyətin nəzərində indiyədək az qala "toxunulmazlıq" statusu almış bəzi problemlər barəsində kəskin islahedici bəyanatlarla müşayiət olunması bu prosesə ictimai marağı daha da artırır. Yeni kadrların təyinatı fonunda korrupsioner, inhisarçı və zəli kimi qan soran məmurlara xəbərdarlıq edilməsi islahatlara ictimai inamı artıran faktorlardandır. Prezident kadr islahatlarını bütün cəmiyyətlə birlikdə, onun dəstəyi və anlaşıqlı münasibəti ilə həyata keçirir. Kadr islahatlarında əsas hədəflərin sabit və səmərəli inkişaf, qeyri-neft sektorunun üstün inkişafı, əhali məmnunluğu, yüksək rifah olması özünü inandırıcı şəkildə göstərir. Prezident kadr dəyişikliklərinə Azərbaycanın daha uğurlu sabahına ən etibarlı keçid vasitəsi kimi baxdığını bariz şəkildə nümayiş etdirə bildi".

Binəqədidə ağır qəza: like
  • 24 Okt 18:20  
Digərləri Binəqədidə ağır qəza:

Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Yenidən evlənəcəklər? like
  • 24 Okt 18:15  
Digərləri Yenidən evlənəcəklər?

Bir müddət əvvəl boşanan Burcu Kıratlı və Sinan Akçıl cütlüyü yeni

arrow Ətraflı
Bakı Ali Neft Məktəbinin tələbələri “O olmasın, bu olsun” operettasını səhnələşdirdi  FOTO like
  • 24 Okt 18:04  
Digərləri Bakı Ali Neft Məktəbinin tələbələri “O olmasın, bu olsun” operettasını səhnələşdirdi FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Al

arrow Ətraflı
“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu like
  • 24 Okt 18:00  
Digərləri “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasının pik dövr

arrow Ətraflı
1 ildir arvadını axtaran kişinin ŞOK ƏMƏLİ ÜZƏ ÇIXDI like
  • 24 Okt 17:58  
Dünya 1 ildir arvadını axtaran kişinin ŞOK ƏMƏLİ ÜZƏ ÇIXDI

Türkiyənin Kayseri şəhərində arvadını öldürüb yandırdıqdan sonra

arrow Ətraflı
Aeroportun girişində iki avtomobil yanıb (FOTO) like
  • 24 Okt 17:55  
Digərləri Aeroportun girişində iki avtomobil yanıb (FOTO)

İstanbulda yeni hava limanının girişində iki avtomobilin toqquşması nəti

arrow Ətraflı
Azərbaycanda bərpa olunan enerji ilə işləyən elektrik stansiyası tikiləcək like
  • 24 Okt 17:51  
Digərləri Azərbaycanda bərpa olunan enerji ilə işləyən elektrik stansiyası tikiləcək

Son 5 il ərzində bərpa olunan enerji obyektlərinin sayının artırılması

arrow Ətraflı
Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhaninin görüşü olub  FOTO like
  • 24 Okt 17:49  
Siyasət Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhaninin görüşü olub FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 24-də Azərbaycan Res

arrow Ətraflı
Tovuzda miktoavtobus "VAZ"la toqquşdu: like
  • 24 Okt 17:45  
Digərləri Tovuzda miktoavtobus "VAZ"la toqquşdu:

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi

arrow Ətraflı
Libertadores Kubokunda digər finalçı müəyyənləşdi like
  • 24 Okt 17:45  
İdman Libertadores Kubokunda digər finalçı müəyyənləşdi

Futbol üzrə Libertadores Kubokunda digər finalçı da müəyyə

arrow Ətraflı
“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu like
  • 24 Okt 17:44  
Digərləri “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının pik dövründə

arrow Ətraflı