Maşın qaçıran şəxs sərhəddə tutuldu FOTO


Kriminal 21 Okt 2019 16:17:00 349 0

Maşın qaçıran şəxs sərhəddə tutuldu  FOTO

Qubada avtomobil qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, oktyabrın 16-da rayonun Püstəqasım kənd sakini Niyazi Abdullayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus "VAZ-21011" markalı avtomobilin axşam saatlarında qaçırıldığı barədə məlumat verib. 

Müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanılıb və nəqliyyat vasitəsi Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunmuş 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib. 

E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-nə gətirilib. Dindirilmə zamanı cinayətkar şəxs törətdiyi əməlini etiraf edərək, ələ keçirdiyi nəqliyyat vasitəsini Siyəzən rayonu ərazisində gizlətdiyini bildirib.

Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və nəqliyyat vasitəsi tapılaraq sahibinə təhvil verilib.