Kuba prezidenti Azərbaycana səfər edəcək


Siyasət 20 Okt 2019 00:19:00 362 0

Kuba prezidenti Azərbaycana səfər edəcək

Kubanın prezidenti Migel Diaz Kanel Azərbaycanda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Sammitində iştirak edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, Migel Diaz Kanel oktyabrın 20-dən ba.layaraq İrlandiya, Belarus və Rusiyaya səfər etməyi planlaşdırır.

Məlumata əsasən, üç ölkəyə səfərindən sonra Kuba prezidenti Qoşulmama Hərəkatının 18-ci Sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Qoşulmama Hərəkatının 18-ci Sammiti 25-26 oktyabr Bakıda keçiriləcək.