Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı


Kriminal 19 Okt 2019 14:56:00 284 0

Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı

Sabirabadda keçmiş kürəkən qayınatasının evindən oğurluq edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, X.Əhmədov oktyabrın 17-də Çığırğan kəndində evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən X.Əhmədov saxlanılıb. O, ev sahibinin keçmiş kürəkənidir.

Faktla bağlı araşdırma aparılır.