Keçmiş məhkum narkotiklə tutuldu


Kriminal 19 Okt 2019 10:22:00 279 0

Keçmiş məhkum narkotiklə tutuldu

48 yaşlı Bakı sakinində narkotik vasitə aşkarlanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Bakıda Yasamal Rayon Polis İdarəsinin Narkotiklə mübarizə bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Bakı şəhər sakini, əvvəl məhkum olunmuş 1971-ci il təvəllüdlü R.Əmrahov saxlanılıb.

Onun üzərindən 232 qr heroin aşkarlanaraq götürülüb. 

Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.