Ukraynada oğurluq edən azərbaycanlı saxlanıldı


Kriminal 18 Okt 2019 11:45:00 290 0

Ukraynada oğurluq edən azərbaycanlı saxlanıldı

Ukraynanın Xarkov şəhərində oğurluqda şübhəli bilinən azərbaycanlı saxlanılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 17-də baş verib. 

Naməlum şəxs şəhərin Sumsk küçəsində 24 yaşlı oğlandan zəng üçün telefon istəyib. Telefonu alan şəxs qaçaraq gözdən itib. 

Aparılan axtarışlar zamanı hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı azərbaycanlı saxlanılıb. 

Saxlanılan zaman onun cibindən oğurlanmış mobil telefon aşkarlanıb.