Tovuzda 18 yaşlı qız oğurlandı


Kriminal 18 Okt 2019 09:44:00 390 0

Tovuzda 18 yaşlı qız oğurlandı

Tovuzda 18 yaşlı qız evlənmək məqsədilə oğurlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində baş verib.

Rayonun Abdal kənd sakinləri, 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu qabaqcadan əlbir olaraq rayonun Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Ziyad qızını evinin yaxınlığından zorla maşına mindirərək evlənmək məqsədilə Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovanın yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.