Rus sevgilisinin üstündə arvadına işgəncə verdi, qadın özünü asdı


Kriminal 17 Okt 2019 15:49:00 352 0

Rus sevgilisinin üstündə arvadına işgəncə verdi, qadın özünü asdı

Tərtər rayonunda arvadına işgəncə verməkdə, onu intihar həddinə çatdırmaqda ittiham olunan 1989-cu il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Emin Quliyev arvadı Nərgiz Quliyeva ilə mütəmadi olaraq səbəbsiz yerə mübahisə edib, onu söyüb və təhqir edib.

2012-ci ilin avqustun sonlarında Tərtər rayonu Mamırlı kəndində yaşadıqları evin həyətində Nərgiz Quliyevanı təhqir edərək döyüb, 2014-cü ilin oktyabrın ortalarında və 2015-ci ilin iyununda isə ağac parçası ilə döyüb.

Emin Quliyev 2017-ci ilin mayın əvvəllərində arvadını yumruq və təpiklə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Əri tərəfindən amansızlıqla döyülən Nərgiz Quliyeva boşanmaq məqsədi ilə dəfələrlə atası İsmayıl İsmayılovun evinə getsə də, iki azyaşlı uşaqlarının olması və ailə üzvlərinin kənd arasında ərindən boşanmasına pis baxılacağını düşünmələri ilə əlaqədar yenidən əri evinə qayıdıb.

Ukraynalı sevgilisi aranı qarışdırdı

Lakin Emin Quliyev onunla amansız rəftarına davam etdirib. O, 2018-ci ilin yanvarın əvvəllərində Nərgiz Quliyeva ilə yenidən səbəbsiz yerə mübahisə edərək onun kürək nahiyəsindən təpiklə vurub.

Həmin vaxt Nərgiz Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yanvarın 26-da Emin Quliyev əvvəllər evli olduğu və 2011-ci ildə boşadığı Ukrayna Respublikasında yaşayan qadına zəng edib.

Bundan sonra Nərgiz Quliyeva həmin qadına mesaj yazıb. Buna görə də ər-arvad arasında mübahisə yaranıb. Emin Quliyev yenə də Nərgizin və yaxın qohumlarının ünvanına nalayiq söyüşlər söyüb, onu təhqir edib.

Əməkhaqqı kartını əlindən aldı, sonra...

Emin Quliyev ardıcıl hərəkətləri ilə 15 sentyabr 2017-ci ildən etibarən Tərtər rayonunun Mamırlı kənd məktəbində laborant işləyən Nərgiz Quliyevanın əməkhaqqı kartını ələ keçirərək, onun aylıq əmək haqqısının özü əldə edib. Bu səbəbdən o, arvadını maddi cəhətdən tam asılı vəziyyətə salıb.

Nərgiz Quliyeva əri tərəfindən mütəmadi olaraq döyülərək təhqir olunması nəticəsində yanvarın 27-da, saat 16 radələrində evdə heç kimin olmadığı vaxtda özünü Tərtər rayonu Mamırlı kəndində yaşadığı evin həyətindəki tövlənin giriş qapısından şərflə asaraq öldürüb.

İstintaq orqanı tərəfindən Emin Quliyev barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

"Anna mənim soyadımı götürdü"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2012-ci ilin iyununda Nərgiz Quliyeva ilə evlənib, birgə nikahdan 2013-cü ildə oğlu və 2015-ci ildə qızı anadan olub: "Nərgizlə ailə qurmamışdan əvvəl 2007-ci ildən Ukraynada yaşamışam. 2007-ci ilin sonlarında orada Anna Nikolayeva adlı qadınla yaşamışam. 2011-ci ildə Anna hamilə qaldı və onunla evləndim.

Evləndikdən sonra mənim soyadımı götürdü və Anna Quliyeva adını aldı.

Anna Quliyevadan doğulmuş uşağının 6 ayı olarkən, təxminən 2012-ci ildə Tərtərə qayıtdım. Ukraynada olan uşağımın adı Murad Quliyevdir".

Təqsirləndirilən şəxs qeyd edib ki, Tərtər rayonuna qayıtdıqdan sonra dəfələrlə Ukraynaya getmək üçün sənədlərini istəyib: "Valideynlərim buna icazə vermədi və rayonda evlənməyimi istədilər. Nərgiz Quliyeva ilə 2012-ci ildə evləndim. Biz evlənərkən Nərgiz və anası Mətanətin mənim əvvəllər Ukraynada evli olmağımdan xəbərləri olub. Ukraynadan gəldikdən sonra Anna birtərəfli ərizə verərək məndən boşandı, aliment üçün Ukraynada məni məhkəməyə verdi. Evli olduğum dövrdə Anna ilə əlaqə saxlamadım. Lakin tələb etdiyi üçün Annaya 2017-ci ilin 14 noyabr tarixdə Ukraynadakı uşağının adına bank vasitəsilə 204 manat məbləğində pul göndərdim".

"Annanın nömrəsini telefonumdan silmədim"

Emin Quliyev qeyd edib ki, Ukraynadakı uşağına pul göndərməsindən Nərgizin xəbəri olmayıb: "Sonralar Anna yaşadığım yer üzrə məhkəmədə mənim valideynlik hüququndan məhrum edilməmlə bağlı iddia qaldırdı və həmin iddianı qəbul etdim.