Sumqayıtda qızıl oğruları tutulub


Kriminal 16 Okt 2019 23:20:00 268 0

Sumqayıtda qızıl oğruları tutulub

Sumqayıtda qızıl oğruları tutulub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də şəhər ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - B.Mehdiyev və əvvəllər məhkum olunmuş N.Şirinov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.