Arif Hacılı yenidən başqan oldu


Siyasət 13 Okt 2019 18:41:00 853 0

Arif Hacılı yenidən başqan oldu

Bu gün Müsavat Partiyasının IX qurultayı keçirilib.

Son.az bildirir ki, qurultay "Büllur" sarayında (köhnə İnqilab kinoteatrı) gerçəkləşib.

Müsavat Partiyasının başqanı postuna namizədlər hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı olub.

Çıxışlar başa çatdıqdan sonra səsvermə prosesi başlayıb.

Səsvermənin nəticələrinə görə, Arif Hacılı yenidən başqan seçilib. 333 etibarlı bülletendən 51-də Tofiq Yaqublunun, 20-də Yadigar Sadıqlının, 262-də isə Arif Hacılının adı olub. Hacılı səs çoxluğu ilə qalib olub.