Bakıda qonşular arasında dava, gənc oğlan bıçaqlandı


Kriminal 11 Okt 2019 23:10:00 275 0

Bakıda qonşular arasında dava, gənc oğlan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində qonşular arasında dava olub. Dava zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Həkimlər yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.