Bakıda 20 yaşlı oğlanı 5ci mərtəbədən atdılar


Kriminal 09 Okt 2019 10:00:00 253 0

Bakıda 20 yaşlı oğlanı 5ci mərtəbədən atdılar

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır.