Gəncədə maşinist keçmiş arvadını bıçaqlayıb qaçdı


Kriminal 09 Okt 2019 09:52:00 297 0

Gəncədə maşinist keçmiş arvadını bıçaqlayıb qaçdı

Gəncədə maşinist keçmiş həyat yoldaşını bıçaqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Gəncə şəhəri, Bayan küçəsində baş verib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə şəhər Lokomotiv Deposunun maşinisti, Gəncə şəhər, Bayan küçəsi, ev 27-də yaşayan, 1965-ci il təvəllüdlü Sirati Məhərrəm Həsən oğlu həmin ünvanda yaşayan keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Satir qızına boyun nayihəsindən iki bıçaq zərbəsi endirib. M.Sirati hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.