Yeni Suraxanıda evə basqın


Kriminal 07 Okt 2019 20:37:00 300 0

Yeni Suraxanıda evə basqın

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olan 5 nəfərin ona fiziki zor tətbiq edərək oradan 400 manat və mobil telefon aparmalarını bildirib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, BŞBPİ və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.