Fidan Hacıyeva: "Televiziya və radioda xalqın zövqünü korlamaq olmaz"


Kriminal 05 Okt 2019 17:34:00 283 0

Fidan Hacıyeva: "Televiziya və radioda xalqın zövqünü korlamaq olmaz"

Onu Azərbaycan səhnəsinin "Karmen"i də adlandırırlar. Çünki milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen" ifaçısı Fatma Muxtarovadan sonra bu ifanın öhdəsindən gələn ikinci şəxsdir.

Akademik Opera və Balet Teatrının ən gənc solisti, özünün dediyi kimi oxumaqdan doymayan, Respublikanın Xalq artisti Fidan Hacıyeva bir müddət öncə Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin olundu. Səsi, görünüşü və səmimiliyi bir-birini tamamlayan Fidan xanım müsahibə üçün təklifimizi məmnuniyyətlə qəbul etdi. Amma işinin çoxluğu səbəbindən müsahibə vaxtı təyinatından bir qədər sonraya təsadüf etdi.

ARAYIŞ: Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"nin qalibi olub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Xalq artisti adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb.

Son.az Fidan Hacıyevanın Sputnik Azərbaycan-a müsahibəsini təqdim edir:

- Fidan xanım, yeni işiniz uğurlu olsun! Təyinatınız barədə məlumat verərdiniz.

- Təşəkkür edirəm. Təbii ki, Əhməd Bakıxanov adına uşaq musiqi məktəbinə direktor təyin olunmağım mənə göstərilən böyük etimaddır. Mənim ən böyük istəyim ölkəmiz üçün dəyərli musiqiçilər yetişdirməkdir. Bir az əvvələ qayıtmaq istərdim. Bu işdə özümü təcrübəli hesab edirəm. 2016-cı ildə Fidan Hacıyeva vokal musiqi mərkəzi olaraq fəaliyyətimiz olub. İlk musiqiçiyəm ki, özəl məktəbimi açmışam. Bu mənim həyata keçən ən böyük arzum idi. İtaliyada ustad dərsləri alarkən müəllimim Bruna Baqlioninin öz adını daşıyan balaca bir studiyası var idi. Mən də fikirləşdim ki, öz adımı daşıyan bir mərkəz açacağam və davamçılarımı yetişdirəcəyəm. Həmin mərkəzin yaranma ideyası da buradan qaynaqlanırdı. Bütün ömrümü öyrənməyə, oxumağa həsr etmişəm. Sənətimi çox sevirəm. Aspirantura pilləsinə qədər qalxmışam. 19 yaşımda Opera və Balet teatrının ən gənc solisti oldum. Kidjiano Akademiyasında təhsil almışam, Moskvada böyük sənətkar İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri keçmişəm. İndiyə qədər də öyrənməkdən usanmıram. Məqsədim biliklərimi tələbələrə ötürməkdir. Bunu mən missiya kimi qəbul edirəm. Bu il 5 tələbəm konservatoriyaya qəbul oldu. Bəlkə də onların valideynlərindən çox mən sevinirəm. Sözügedən təyinata görə təşəkkürümü bildirirəm. Arzum bu məktəbdə təhsil alan hər bir şəxsin Azərbaycanı layiqincə təmsil etməsinə nail olmaqdır.

- Uşaq musiqi məktəbi olduğu üçün bu işin görünməyən qəliz tərəfləri var. Sizcə, bu işin öhdəsindən gəlmək nə dərəcədə çətindir?

- Çalışıram ki, gələcəkdə hər ay konsertimiz olsun. Böyük səhnəyə çıxmaq üçün bu çox vacibdir. İlk gələn gün bildirmişəm ki, noyabr ayında konsertimiz olacaq. Hamımız birlikdə bu işi bacaracağıq. Hər bir müəllim üçün tələbə yetişdirmək şərəfdir.

- Opera və Balet Teatrındakı fəaliyyətiniz haqda məlumat verərdiniz.

- Teatrda yeni tamaşaya hazırlaşırıq. Oktyabrın 23-ü Cüzeppe Verdinin "Trubadur" operasında yaşlı ana obrazını yaradacağam. İtaliyan bəstəkarı Maskaninin "Kənd namusu" operası üzərində işləyirəm. Bu mənim üçün yeni olsa da, çox maraqlıdır. İsveçrədə noyabr ayında solo konsertim planlaşdırılır.

- Siz teatrla yanaşı, həm də Daxili Qoşunların solistisiniz.

- Bizim əsgərlər qarşısında çox gözəl konsertlərimiz olur. Mənim vətənpərvərlik mövzusunda çoxlu əsərlərim var. Təbii ki, səsimdəki çalarlar imkan verir ki, bu tip mahnıları ifa edim. Eldar Həsənov, Lalə Cəfərova, İlqar Novruzov yeni əsərlər yazıblar. Səsimə uyğun olduğu üçün mən də ifa edəcəyəm.

- Fidan xanım son dövrlərdə səslərinə uyğun olmayan mahnılar oxuyan ifaçılar həddən artıq çoxdur. Çox heyf ki, onları televiziyalarda da təbliğ edirlər. Bir sözlə efirlərdən düşmürlər. Bu problemlə bağlı Xalq artisti kimi, pedaqoq kimi etirazınızı bildirirsinizmi?

- Bilirsiniz ki, televiziyalarımızda bədii şuralar yaradılıb. Bizim Azərbaycan televiziyasında yaradılan bədii şurada böyük sənətkarlarımızla yanaşı, mən də varam. Bu iş başlanıb. Ancaq özəl kanallarda işçilərin maddi məsələlərini həll etmək üçün kommersiya müğənnilərindən istifadə olunur.

- İcazə verin, bu məqamda sizə bir sual verim. Sizcə kanalların qazancı önəmlidir, ya Azərbaycan musiqisini bu səviyyəyə salmaq?