Məşuqəsinə görə hamilə arvadı və iki qızını belə öldürdü


Kriminal 05 Okt 2019 14:56:00 299 0

Məşuqəsinə görə hamilə arvadı və iki qızını belə öldürdü

Hamilə həyat yoldaşı və iki qızını gözünü qırpmadan öldürən amerikalı Kristofer Vatt ailəsinə qarşı törətdiyi qətliamın səbəbini etiraf edib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, o bu barədə Çerlin Kadl adlı yazıçıya göndərdiyi məktubda yazıb.

34 yaşlı Vatt məktubda cinayəti məşuqəsi Nikol Kissincerə olan sevgisinə görə törətdiyini bildirib: "Nikki ilə tanış olmasaydım, bu cinayətləri işləməzdim".

Cani ata məşuqəsinin ona bir oğlunun olacağını deməsindən həyəcanlandığını qeyd edib:

"Nikol Kissoncer ilk oğlumu dünyaya gətirəcəyini deyəndə həyəcanlandım, buna görə də hamilə arvadımın öz uşğını düşürməsinə çalışdım. Avqustun 13-də Şananla mübahisə etməzdən əvvəl qızlarımın otağına getdim. Əvvəlcə Bellanın, sonra da Çeçenin otağına girdim və onları öldürmək üçün yataqlarındakı yastıqlardan istifadə etdim".

Kristoper bundan əvvəl 15 həftəlik hamilə arvadını öldürməyi planlaşdırmadığını və cinayətin təsadüfən baş verdiyini demişdi. Lakin o, məktubunda bunu təkzib edir: "Avqustun 12-də qızlarımı yatızdırdım və özümə "Bu, uşaqlarımı yatağa qoyduğum son andır" dedim. Bir gün əvvəl nə baş verəcəyini bilirdim və buna əngəl olmaq üçün heç nə etmədim".

(adsgarden = window.adsgarden || []).push({});