Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb


Kriminal 04 Okt 2019 20:47:00 307 0

Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb

Bakıda quldurluq edən Hacıqabul sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Rüstəmov oktyabrın 2-də saat 14 radələrində 1 nəfərin onu döyüb mobil telefonunu və 10 manatını almasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Nuralıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.