“CinemaPlus”da "Hareket Sekiz" filminin təqdimatı baş tutub


Kriminal 04 Okt 2019 19:17:00 299 0

“CinemaPlus”da "Hareket Sekiz" filminin təqdimatı baş tutub

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında Türkiyə istehsalı olan "Hareket Sekiz" komediyasının təqdimatı baş tutub.

Rejissor Ali Yorğancıoğlunun çəkdiyi komediya filmində Ali Sunal, Hande Katipoğlu, Devrim Yakut, Hakan Bilgin, Gürgen Öz və Onur Atilla ilə yanaşı azərbaycanlı aktyorlar İslam Mehrəliyev, Elcan Rəsulov və Pərvin Abıyeva çəkiliblər.

"Hareket Sekiz" filminin ssenaristi Ayberk Çınar, prodüseri Levent Cengizhandır.Çəkilişlərin bir hissəsi Bakıda aparılıb.Film rus mafiyasının axtarışına düşən üç polis məmurundan bəhs edir. Filmin Azərbaycan tərəfdaşı "Aranfilm" yaradıcılıq mərkəzidir.

"Hareket Sekiz" filmi 3 oktyabrdan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

(adsgarden = window.adsgarden || []).push({});