Cibgir tutuldu Bakı metrosunda "işləyirdi"


Kriminal 04 Okt 2019 14:44:00 228 0

Cibgir tutuldu  Bakı metrosunda "işləyirdi"

Bakı metrosunda cibgirlik edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun "Sahil" stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.