“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert təşkil edilib FOTO


Kriminal 02 Okt 2019 20:10:00 366 0

“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert təşkil edilib  FOTO

Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində "Muğam dünyasına səyahət" layihəsi çərçivəsində növbəti konsert təşkil edilib

Son.az xəbər verir ki, oktyabrın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə həyata keçirdiyi "Muğam dünyasına səyahət" layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində keçirilən konsertdə tarzən Əmrulla Əliyev və kamança ifaçısı Fərrux Haşımlının müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva və Elgiz Əliyev "Segah", "Mahur", "Şur" muğamları və təsnifləri ilə çıxış ediblər.

Bu ilin iyul ayından start götürən "Muğam dünyasına səyahət" layihə ilin sonuna kimi davam edəcək.