Bakıda tanışını döyərək öldürən keçmiş məhkumla bağlı qərar çıxarıldı


Kriminal 01 Okt 2019 16:57:00 209 0

Bakıda tanışını döyərək öldürən keçmiş məhkumla bağlı qərar çıxarıldı

Bakı Apellasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bahadur Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, B.Cəfərovun apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, hadisə ötən il sentyabrın 11-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş B.Cəfərov evində münaqişə zəminində paytaxt sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.