Xızıda dələduz saxlanıldı


Kriminal 30 Sen 2019 18:34:00 235 0

Xızıda dələduz saxlanıldı

Xızıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Samir Məmmədov saxlanılıb.

Dindirmə zamanı S.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edib. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Xızı, Siyəzən və Şabran rayonları ərazilərində sürücüləri müxtəlif bəhanələrlə yolun hərəkət hissəsində saxlatdığı, imkansız, xəstə olması və müalicə üçün pula ehtiyacı olduğunu bildirərək onlardan aldatma yolu ilə pul aldığı məlum olub.

Polis əməkdaşları S.Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.