Nəsimi festivalı çərçivəsində “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumunun iştirakçılarının əsərləri təqdim olunub FOTO


Kriminal 30 Sen 2019 17:34:00 267 0

Nəsimi festivalı çərçivəsində “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumunun iştirakçılarının əsərləri təqdim olunub  FOTO

Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, festival çərçivəsində Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi" IV Beynəlxalq heykəltəraşlıq simpoziumu olub.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin sədri Əsgər Ələkbərov, "Təmiz şəhər" ASC-nin rəhbəri Etibar Abbasov, ictimai xadimlər, Azərbaycandakı diplomatik missiyaların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri simpozium zamanı təqdim olunan əsərlərlə tanış olublar.

Simpoziumda 8 ölkədən 11 heykəltəraş iştirak edib. Simpozium zamanı Azərbaycan, Belarus, Bolqarıstan, Çin, İran, Latviya, Rumıniya və Rusiyadan heykəltəraşlar təbii daşlardan hazırlanan əsərlərini təqdim ediblər.