Bakıda 26 yaşlı oğlana 8 bıçaq zərbəsi vurdular


Kriminal 30 Sen 2019 11:03:00 254 0

Bakıda 26 yaşlı oğlana 8 bıçaq zərbəsi vurdular

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü İbrahim Əliyev naməlum şəxslə mübahisə edib. O, dava zamanı kürək nahiyəsi, qarın və qolundan 8 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.