Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Valday klubunun illik iclasının xüsusi sessiyasında moderator olacaq


Siyasət 29 Sen 2019 23:43:00 352 0

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Valday klubunun illik iclasının xüsusi sessiyasında moderator olacaq

Bu ilin 30 sentyabrdan- 3 oktyabra kimi Soçidə Valday Beynəlxalq Müzakirə Klubunun 16-cı illik yığıncağı keçiriləcəkdir.

Son.az Trend-ə istinadən bildirir ki, qarşıdakı görüşün mövzusu: "Şərqin şəfəqi və dünya siyasətin quruluşudur". İclasın gündəliyinə Şərqin dünya nizamına təsiri ilə bağlı suallar daxil edilmişdir.

Siyasətçilər və ekspertlər dünyanın necə dəyişdiyini, Asiyanın əhəmiyyətinin böyüdüyünü və qərb dünyagörüşündən fərqli quruluşun önə çıxacağını müzakirə edəcəklər.

Valdai Klubunun xüsusi iclaslarından biri də Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, "Baku Network" Ekspert Şurasının vitse-prezidenti Gülnarə Məmmədzadənin moderatorluğu ilə "Rusiya və İslam dünyası: qarşılıqlı rol və qarşılıqlı təsir" mövzusu keçiriləcəkdir.

Iclasa spiker rolunda Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev və Başqırdıstan Respublikasının başçısı Radiy Xabirov dəvət almışlar.

Valday Beynəlxalq Müzakirə Klubu, Rusiyanın xarici və daxili siyasətinin öyrənilməsində ixtisaslaşmış tanınmış mütəxəssislər toplusudur. Klub 2004-cü ilin sentyabrında RİA Novosti, Xarici və Müdafiə Siyasət Şurası, "The Moscow Times" qəzeti, "Rusiya Qlobal İşlərdə" və "Russia Profile" jurnalların təşəbbüsü ilə yaradılıb.

Klubun ilk konfransı Veliki Novqorod şə