Lotu Quli və qırmızı paltarlı qadın... VİDEO


Kriminal 28 Sen 2019 15:08:00 337 0

Lotu Quli və qırmızı paltarlı qadın...  VİDEO

Rusiya KİV-ində Lotu Quli ləqəbli azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun qadınla rəqs etdiyi video yayılıb. Videoda Qulinin və digərlərinin həzin musiqinin müşayəti ilə rəqs etdiyi əks olunub. Məclisin harada və hansı səbəbdən keçirilməsi haqda bilgi verilmir. 

Son.az bildrir ki, musavat.com xatırladır ki, avqustun sonunda Qulinin 47 yaşı tamam olub. Azərbaycanlı "qanuni oğru" bu səbəbdən özünə təmtaraqlı ad günü keçirib. Xəbərdə deyilir ki, əvvəllər "qanuni oğru"nun zərif cinsin nümayəndəsi ilə münasibətlərinin tirajlanmsı "oğru"nun reputasiyasına mənfi təsir edə bilərdi.

Qeyd edək ki, 80-ci illərədək "qanuni oğru"ların hətta ailə qurması belə "qanundankənar" hesab olunurdu. Ümumi izahat bu idi ki, ailə institutu "qanuni oğru"nun zəif yeri ola bilər. Neçə illərdir ki, bu "qanun" qüvvəsini itirib və "qanuni oğru"lar evlənir, övlad sahibi olur, nəsilləri davam edir. Xəbərdə Rusiya kriminal polisin sabiq rəisi Yevgeni Xarlamovun rəyi də yer alıb. O da təsdiq edib ki, artıq "qanuni oğrular" da şəxsi həyatları barədə xəbərlərə tolerant yanaşırlar və zərif cinsin nümayəndələri ilə əyləncə məclislərində çəkilmiş videoların yayılmasındam narahat olmurlar.

Kriminal polisinin sabiq rəisinin sözlərdən belə başa düşmək olar ki, "oğru dünyası" yeni "islahatlar" ərəfəsindədir.

(adsgarden = window.adsgarden || []).push({});