Şamaxı sakinini evindən oğurladılar, dəhşətli əməl törətdilər


Kriminal 28 Sen 2019 12:18:00 277 0

Şamaxı sakinini evindən oğurladılar, dəhşətli əməl törətdilər

Şamaxıda vətəndaşı döyərək ondan külli miqdarda pul tələb edən Dünyamalı Şahbazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib.

Şamaxı rayonunda yaşayan Rusiya vətəndaşı Dünyamalı Şahbazov şəxsiyyəti məlum olmayan Əziz və Elçin adlı şəxlərlə birləşərək Şəhriyar qəsəbəsi sakini Nazir Nübarinin yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib, sonra qəsəbədəki Bayraq Meydanı adlanan əraziyə gətiriblər.

Həmin şəxslər orada Nazir Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb ediblər.