İmamzadə ziyarətgahından gül qabı oğurladı, tutuldu


Kriminal 27 Sen 2019 17:04:00 219 0

İmamzadə ziyarətgahından gül qabı oğurladı, tutuldu

İmamzadə ziyarətgahından gül qabı oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahındakı bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gül qabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.