Elmar Məmmədyarov Helen Makintiilə görüşüb FOTO


Siyasət 26 Sen 2019 07:45:00 247 0

Elmar Məmmədyarov Helen Makintiilə görüşüb  FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.

Son.az xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə edibilər və əməkdaşlığın inkişafı üçün mövcud olan potensialınu vurğulayıblar.

Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıblar və bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.