Gəncə sakinindən tapança və "Preqbalin" həbləri götürülüb


Kriminal 25 Sen 2019 21:35:00 267 0

Gəncə sakinindən tapança və "Preqbalin" həbləri götürülüb

Gəncə şəhər sakini Ə.İsgəndərlidən tapança, 4 ədəd "Preqbalin" həbi və 2 ədəd metadon aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ə.İsgəndərlidən nömrəsiz "Naqan" markalı tapança, 4 ədəd "Preqbalin" həbi və 2 ədəd metadon aşkar edilərək götürülüb.