Dünya Bankının regional direktoru: "Azərbaycan biznes mühitində islahatlar sahəsində əhəmiyyətli irəliləyişə nail olub"


Siyasət 25 Sen 2019 18:31:00 70 0

Dünya Bankının regional direktoru: "Azərbaycan biznes mühitində islahatlar sahəsində əhəmiyyətli irəliləyişə nail olub"

Son.az Trend İnformasiya Agentliyinin Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineusla özəl müsahibəsini təqdim edir.

"Bu, mənim iyul ayında regional direktor vəzifəsinin icrasına başladıqdan sonra Azərbaycan kütləvi informasiya vasitələrinə ilk müsahibəmdir. Mən öz həmkarlarımdan eşitmişəm ki, Trend çox məşhur informasiya agentliyidir və Dünya Bankının daha geniş regionda işinə olan daimi marağınıza görə sizə təşəkkürümü bildirirəm".

Dünya Bankının Azərbaycanda yeni layihələri barədə

Hazırda Dünya Bankı Azərbaycan hökuməti ilə bir neçə yeni və maraqlı layihələri müzakirə edir:

"Hazırda biz strateji tərəfdaşlığın keçid dəyərləndirilməsini aparırıq. Bu proses zamanı biz strategiyanın reallaşdırılmasının birinci yarısında əldə olunan nəticələri təhlil edirik, hər hansı bir dəyişikliyin lazım olub-olmamasını dəyərləndiririk. Hazırda Azərbaycan hökuməti ilə bir neçə yeni və maraqlı layihələri müzakirə edirik. Bu, bizim adətən birgə işlədiyimiz sahələri əhatə edir. Biz nəqliyyat kimi ənənəvi sahə ilə yanaşı, hökumətin özünüməşğulluq proqramına dəstək göstərilməsi kimi yeni sahədə işləməyə ümid edirik. Amma vacib bir məsələni qeyd edim: Dünya Bankı hökumətlərə layihə təqdim etmir. Dəstəklədiyimiz bütün layihələr dövlət layihələridir və biz bu layihərlərin reallaşdırılmasında maliyyə və texniki biliklərimizi təklif edirik".

Regional direktor qeyd edib ki, cari tərəfdaşlıq strategiyası 2020-ci ildə başa çatır və Dünya Bankı növbəti dövr üçün yeni strategiya təqdim etmək niyyətindədir:

"Ölkə üzrə tərəfdaşlıq strategiyaları sistemli ölkə diaqnostikası adlanan dəqiq təhlilə əsaslanır. Strategiyamızda və yanaşmamızda istənilən potensial dəyişikliklər bu təhlilə əsaslanır. Tərəfdaşlıq strategiyamız hazırlanarkən biz hökumət, vətəndaş cəmiyyəti, elmi dairələr, özəl sektor və kütləvi informasiya vasitələri kimi maraqlı tərəflərlə işləyəcək və məşvərətlər keçirəcəyik".

S.Molineus əlavə edib ki, DB son 27 il ərzində Azərbaycanın etibarlı tərəfdaşı olub, keçid dövrünün çətin keçən ilk illərində ölkəyə kömək göstərib, əsas infrastrukturun bərpa olunmasında, vacib islahatların həyata keçirilməsində dəstək olub:

"Biz isə öz növbəmizdə Azərbaycandan çox şey öyrəndik və bu bilikləri digər ölkələrə ötürdük. Hazırda Azərbaycan özəl sektoru gələcək iqtisadi artımın önünə çıxarmaq, insan kapitalının keyfiyyətini yaxşılaşdırmaq üçün inkişaf strategiyasını nəzərdən keçirir. Mənim Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru vəzifəsində prioritetlərim bu cür vacib məqamda Azərbaycan hökumətinə və xalqına dəstək göstərməyə davam etmək olacaq".

Bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq

O bildirib ki, DB bərpa olunan enerji mənbələri sahəsində texniki-iqtisadi əsaslandırma işində Azərbaycana kömək göstərə bilər:

"Biz Azərbaycan Energetika Nazirliyinin bərpa olunan enerji mənbələrinin xəritələnməsi üçün ehtiyaclarını müəyyən etmək məqsədilə onlarla işləyirik. Bank bu prosesdə öz dəstəyini göstərə bilər".

S.Molineus qeyd edib ki, bank həmin sektoru layihələrin birbaşa maliyyələşdirilməsi və ya potensial kommersiya kreditorlarına təminatların verilməsi yolu ilə dəstəkləyə bilər.

Cənub Qaz Dəhlizinin əlavə maliyyələşdirilməsi imkanı barədə

Regional direktor qeyd edib ki, DB Azərbaycandan təbii qazın əlavə həcminin nəqli üçün zəruri olan əlavə investisiyalar məsələsini nəzərdən keçirməyə hazırdır:

"Biz Azərbaycanın gəlirlərinin artmasına mühüm təsir göstərəcək və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək "Cənub Qaz Dəhlizi" layihəsinin tərkib hissəsi olmaqdan məmnunuq".

O bildirib ki, hazırda boru kəmərinin tikintisi demək olar ki, başa çatıb və qaz Türkiyəyə tədarük olunur. Aropaya qaz tədarükü isə yaxın aylarda başlayacaq:

"Cənub Qaz Dəhlizi" layihəsi qaz tədarükünün 16 milyard kubmetrdən 25 milyard kubmetrədək və daha sonra 31 milyard kubmetrədək çatdırılmasını nəzərdə tutduğu üçün Dünya Bankı əlavə investisiya məsələlərini nəzərdən keçirməyə hazırdır".

Azərbaycanda biznes mühitində islahatlar barədə

S.Molineusun sözlərinə görə, Azərbaycan biznes mühitində islahatlar sahəsində əhəmiyyətli irəliləyişə nail olub:

"Maliyyə sektorunun stabilliyinin və bunun mümkün böhrana hazırlığının təmin olunması üçün biz Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və Prezident Administrasiyası ilə əməkdaşlıq edirik. Makroiqtisadiyyatın və bank sektorunun stabilliyinin bərpa olunmasında, bank sektorunda risklərin azalmasındakı nailiyyətlər, fiziki şəxslərin borclarının restrukturizasiyası bank sektorunun vəziyyətinin yaxşılaşmasına kömək etdi".

DB-nin Azərbaycanın maliyyə sektorunun inkişafı üçün tövsiyəsi

O bildirib ki, vergi güzəştlərinin və vergidən azad edilmənin səmərəliliyini dəyərləndirmək lazımdır:

"Azərbaycan hökuməti tərəfindən son iki ildə keçirilmiş vergi islahatı yeni təkan alıb. Dünya Bankı İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin maliyyə yardımı ilə Azərbaycan Vergilər Nazirliyinə texniki dəstək göstərir və vergi siyasəti, vergi idarəetməsi, beynəlxalq vergiqoyma, vergi müqavilələri siyasəti, transfert qiymətyaratması, gəlirlərin proqnozlaşdırılması mexanizmlərinin inkişafı və vergi fərqlərinin təhlili kimi aspektlərə diqqət ayırır".

Regional direktor əlavə edib ki, müxtəlif vergi güzəştlərinin tətbiq olunması nəticəsində buraxılmış gəlirlər barədə məlumatın sistemli olaraq izlənilməsi vacibdir:

"Bu vergi güzəştlərini xərclər proqramının ekvivalenti kimi nəzərdən keçirmək olar, amma onlar Vergi Məcəlləsində nəzərə alınıb və bu səbəbdən vergi xərcləri adlanır. Bu güzəştlər üzrə xərclər və səmərənin daimi təhlili hökuməti bu güzəştlərin davamı, dəyişdirilməsi və ya dayandırılması barədə məlumatlandırmağa imkan verəcək. Bank bu məsələlərlə bağlı Vergilər Nazirliyi ilə işləməyə başlayıb".

Azərbaycanda hava məlumatları üçün yeni sayt yaradılır like
  • 25 Sen 18:29  
Digərləri Azərbaycanda hava məlumatları üçün yeni sayt yaradılır

"Hava məlumatlarının daha operativ çatdırılması üçün ETSN tərəf

arrow Ətraflı
Binəqədidə "Mercedes" yanıb like
  • 25 Sen 18:27  
Digərləri Binəqədidə "Mercedes" yanıb

Bakının Binəqədi rayonunda yanğın olub.

arrow Ətraflı
Məryəm Üzərlinin halı pisləşdi, təyyarədən endirildi like
  • 25 Sen 18:24  
Digərləri Məryəm Üzərlinin halı pisləşdi, təyyarədən endirildi

Türkiyəli aktrisa Meryem Üzərlinin halı pisləşdiyi üçün təyyarədən

arrow Ətraflı
AMEAnın 20202025ci illər üçün Milli İnkişaf Proqramı hazırlanacaq like
  • 25 Sen 18:21  
Digərləri AMEAnın 20202025ci illər üçün Milli İnkişaf Proqramı hazırlanacaq

"AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı hazırlana

arrow Ətraflı
İranda qatar relsdən çıxdı like
  • 25 Sen 18:17  
Dünya İranda qatar relsdən çıxdı

"İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətin

arrow Ətraflı
Satışa çıxarılan yenot Altıağac Milli Parkına təhvil verilib like
  • 25 Sen 18:17  
Digərləri Satışa çıxarılan yenot Altıağac Milli Parkına təhvil verilib

“Təzə Bazar” adlanan satış mərkəzində vəhşi təbiətdən götürül

arrow Ətraflı
Binəqədidə "Mercedes" yanıb like
  • 25 Sen 18:14  
Digərləri Binəqədidə "Mercedes" yanıb

Bakının Binəqədi rayonunda yanğın olub.

arrow Ətraflı
Mətanətin qorxunc qəzadan sağ çıxan qızı Ülkər like
  • 25 Sen 18:14  
Şou-biznes Mətanətin qorxunc qəzadan sağ çıxan qızı Ülkər

Ailə həyatı qurub yaşadığı Türkiyədə təxminən 4 ay öncə ağır qə

arrow Ətraflı
Şəbnəmin toy like
  • 25 Sen 18:11  
Şou-biznes Şəbnəmin toy

Müğənni Şəbnəm Tovuzlunun birinci həyat yoldaşı Zaurla toy fotosu yayı

arrow Ətraflı
Oktyabrın ilk günlərində hava şəraiti necə olacaq? like
  • 25 Sen 18:09  
Digərləri Oktyabrın ilk günlərində hava şəraiti necə olacaq?

"Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olac

arrow Ətraflı
"Teztez efirlərə çıxmaq lazımdır ki..." like
  • 25 Sen 18:04  
Şou-biznes "Teztez efirlərə çıxmaq lazımdır ki..."

İllərlə efirə çıxmasam, heç vaxt narahat olmaram. Biz kifayət qədər s

arrow Ətraflı
ARDNF-də məşhur futurist, natiq Rohit Taluarın  təqdimatı keçirilib like
  • 25 Sen 18:02  
Digərləri ARDNF-də məşhur futurist, natiq Rohit Taluarın təqdimatı keçirilib

ARDNF-də məşhur futurist, natiq Rohit Taluarın “İnnovasiya, əsaslı dəy

arrow Ətraflı
Qarabağ-ın qapıçısı zəiflər siyahısında like
  • 25 Sen 18:00  
İdman Qarabağ-ın qapıçısı zəiflər siyahısında

Qarabağ-ın Bournemouth-dan icarəyə götürdüyü Asmir Beqov

arrow Ətraflı