Beyləqanda traktor aşıb


Kriminal 25 Sen 2019 17:54:00 261 0

Beyləqanda traktor aşıb

Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sentyabrın 24-də saat 20 radələrində Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi "Belarus" markalı traktoru aşırıb. Nəticədə sərnişini olan həmkəndlisi Sevdim Əkbərov hadisə yerində ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.