Pakistanın xarici işlər naziri Ermənistanı qoşunları Dağlıq Qarabağdan çıxarmağa çağırıb


Siyasət 24 Sen 2019 15:56:00 310 0

Pakistanın xarici işlər naziri Ermənistanı qoşunları Dağlıq Qarabağdan çıxarmağa çağırıb

Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Ermənistanı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir bunu Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı deyib.

Ş.M.Kureşi bildirib ki, Pakistan Ermənistanın Dağlıq Qarabağda coğrafiyanın, əhalinin, iqtisadi, sosial və mədəni vəziyyətin və institusional strukturun dəyişdirilməsi üzrə hərəkətlərinə qarşıdır.

Nazir Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa və Azərbaycanın ərazi bütövlüyü və suverneliyinə hörmət etməyə çağırıb.

O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülh və sabitlik üçün təhdiddir.